YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda seçicilərlə görüşlər davam edir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Ağdaş seçki dairəsindən namizədliyi irəli sürülmüş Anar Şahmuradovun rayonun Mürsəl kəndində seçicilərlə görüşü keçirilib.

Görüşdə YAP Ağdaş rayon təşkilatının sədr müavini İsa Eminov çıxış edərək bildirib ki, YAP ölkəmizdə keçirilən seçkilərdə həmişə xalqın yekdil dəstəyini qazanaraq davamlı qələbələr əldə edib.

İ.Eminov deputatlığa namizəd Anar Şahmuradov haqqında seçicilərə məlumat verib.  

Deputatlığa namizəd Anar Şahmuradov çıxış edərək YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, çətin sınaqlardan keçmiş Azərbaycan dövlətinin bu gün tarixi Zəfərə imza atdığını qeyd edib. O vurğulayıb ki, ölkəmiz yeni dövrə qədəm qoyub və bu dövrdə qarşıda dayanan böyük hədəflərə də xalqımız, dövlətimiz YAP Sədri, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olacaq.

Çıxış edən seçicilər də öz növbəsində parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.