YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Söz deyil, reallıqdır...

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Nizami Babaşovun Nərimanov rayonu, V.Əmirsəyadov və S.Ələsgərov küçələrində yaşayan seçicilərlə görüşü keçirilib.

Görüşdə deputatlığa namizəd Nizami Babaşov YAP-ın seçki platforması və qarşıda duran məqsədlər barədə ətraflı məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə seçicilər Azərbaycan dövlətinin təməl prinsiplərini dəstəkləmiş olurlar.

Məhəlli görüşlərdə seçicilərə YAP tərəfindən hazırlanmış maarifləndirici təbliğat materialları paylanılıb.

Seçicilər seçki prosesində fəal iştirak edərək YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.