YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycan öz seçdiyi yoldan dönməyəcək və uğurla inkişaf edəcək

«Son vaxtlar Azərbaycanı sevməyən qüvvələr ölkəmizdə ifadə azadlığı, sərbəst toplaşmaq  azadlığı barədə yanlış fikirlər səsləndirirlər. Bu qüvvələr  Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstəririlər». Bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, bu baxımdan BMT-nin insan haqları üzrə ali komissarı Zeid Ra, ad Al Hüssein çıxış edərək Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin olduğunu iddia edib. Onun sözlərinə görə, həmin şəxs müəyyən cinayətlərə görə həbs olunmuş şəxslərin azadlığa buraxılmasını tələb edir.

«Çox maraqlıdır ki, cənab Zeid Ra , ad Al Hüssein təmsil etdiyi təşkilatın BMT-nin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyri-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 məlum qətnaməni niyə yada salmır. Halbuki, bu qətnamələrdə söhbət bir neçə nəfərin yox, bir milyondan çox insanın pozulmuş hüquqlarından gedir. Bir nəfər jurnalistin qeyri-qanuni əməllərə görə mövcud qanunlara əsasən həbs olunmasına BMT-nin insan haqları üzrə ali komissarının belə reaksiya verməsi heç cür başa düşülən deyildir. Yaxşı olar ki, bu qurum Şimali Afrikada, Ərəb dövlətlərində müharibələr səbəbəindən yaşamaq hüquqları belə əllərindən alınmış 100 minlərlə insanın hüquqlarını müdafiə etsin. Amma bunun əvəzində, bizim ölkəmizdə adi bir vətəndaşın qanun qarşısında cavab verməsinə belə bir münasibət göstərilməsi bir daha göstərir ki, antiazərbaycançı qüvvələr heç cür sakitləşmirlər. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan öz seçdiyi yoldan dönməyəcək və uğurla inkişaf edəcək»- deyə, R.Əliyev vurğulayıb.