YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Senator Sercio Divina: İtaliya-Azərbaycan münasibətləri yüksək səviyyədədir

İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti sentyabrın 9-da Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşüb.

Komitənin sədri Səməd Seyidov görüşdə Azərbaycan-İtaliya əlaqələrinin inkişafından danışıb. O, beynəlxalq təşkilatlarda əməkdaşlığa toxunaraq Azərbaycana dəstək verdiyinə, xüsusilə də ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə İtaliyaya təşəkkürünü bildirib. Komitə sədri parlamentlərarası əlaqələrin də yüksək səviyyədə olduğunu söyləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan S.Seyidov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini təəssüflə vurğulayıb. Diqqətə çatdırılıb ki, bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, bir milyondan artıq azərbaycanlı öz ölkəsində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır.

Komitənin sədr müavini Sevinc Fətəliyeva, üzvü Asim Mollazadə görüşdə çıxış edərək son vaxtlar Azərbaycan-İtaliya münasibətlərinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Azərbaycan ilə İtaliya arasındakı münasibətləri dostluq və tərəfdaşlıq əlaqələri kimi dəyərləndirən senator ölkəsinin ikitərəfli əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi əzmində olduğunu vurğulayıb. Senator TAP layihəsinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Dostluq qrupunun sədri Dağlıq Qarabağ münaqişəsinə həssaslıqla yanaşdıqlarını söyləyib. O, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Azərbaycanı təbrik edib.

Senator bildirib ki, Azərbaycanın İtaliyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu var. O, incəsənət nümunələrinin bərpa edilməsində İtaliyaya xeyli yardım edildiyini deyib, Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Sercio Divina, həmçinin Azərbaycandakı mövcud tolerantlığın, multikultural mühitin dünya ölkələri üçün nümunə olduğunu vurğulayıb.