Xəbərlər
Azərbaycanın xarici işlər naziri Qazaxıstana səfərə yola düşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) Xarici İşlər Nazirləri Şurasının sentyabrın 10-da Astanada keçiriləcək iclasında iştirak etmək üçün Qazaxıstana səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclas çərçivəsində E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.