Xəbərlər
Hadi Rəcəbli: Azərbaycanda gənclərin səmərəli məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir
«Azərbaycanda gənclərin səmərəli məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, ölkənin dinamik inkişafına uyğun olaraq gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi üçün hər cür şərait yaradılır. Onun sözlərinə görə, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti uğurlu nəticələr verməkdədir.
«Ölkəmizdə gənclərin məşğulluğunun təminatına yönələn proqram və tədbirlər həyata keçirilir. Bu sahədə siyasətin təkmilləşdirilməsində yönündə işlər davamlı xarakter daşıyır»- deyə, komitə sədri vurğulayıb.