YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP xalqın dəstəyinə güvənir

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 112 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Asif Əsgərovun rayonun Muxax və Zəyəm kəndlərində seçicilərlə görüşlər keçirilib.

Görüşlərdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Görüşlərdə giriş sözü ilə çıxış edən YAP Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov bildirib ki, bu seçkilərə də böyük qələbə əzmi ilə qatılan Yeni Azərbaycan Partiyası xalqın dəstəyinə güvənir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Daha sonra F.Ramazanov deputatlığa namizəd Asif Əsgərov haqqında seçicilərə məlumat verib.

Çıxış edən deputatlığa namizəd Asif Əsgərov əvvəlcə YAP-ın seçki platforması haqqında məlumat verib. Deputatlığa namizəd bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməklə regionda tamamilə yeni geosiyasi reallıqlar yaradıb. Şanlı Zəfərlə həm də ölkəmiz üçün yeni inkişaf mərhələsinin əsası qoyulub.

Asif Əsgərov vurğulayıb ki, budəfəki parlament seçkilərinin ilk dəfə olaraq ölkəmizin bütün ərazilərində keçirilməsi Azərbaycanın qüdrətinin ifadəsidir.

Tədbirdə, həmçinin təşviqat qrupunun üzvü Tahir Məmmədov və digərləri çıxış edərək bildiriblər ki, YAP ümumxalq və qələbələr partiyası kimi yüksək nüfuza malikdir. Şübhə yoxdur ki, sentyabrın 1-də keçiriləcək parlament seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar.

Qeyd edək ki, həmin gün Asif Əsgərov şəhid məzarlarını da ziyarət edib, Vətənin qəhrəman övladlarının xatirəsini ehtiramla anıb.

DİGƏR Xəbərlər Arxiv