YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımızın uğuru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsi çərçivəsində avqustun 10-da Yeni Azərbaycan Partiyası tərəfindən 78 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Anar Camal oğlu İsgəndərov Bəliton və Horavenc kəndlərinin seçiciləri ilə görüşüb.

Görüş Bəliton kəndində qonşu Horavenc kənd seçiciləri də daxil olmaqla kənd sakini Mirəziz Quliyevin həyətində baş tutub.

Kənd sakinlərindən Şakir Ağayev, Mirəziz Quliyev Azərbaycan dövlətinin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəklədiklərini bildiriblər. Hər iki natiq 2024-cü ilin fevralında növbədənkənar prezident seçkilərində əhalinin böyük coşqu ilə seçkiyə getdiklərini və qalib sərkərdə İlham Əliyev cənablarına səs verdiklərini xalqımızın ən böyük uğuru kimi dəyərləndiriblər.

Çıxış edənlər qazanılan uğurlarla yanaşı bir neçə istəklərini deputatlığa namizədin nəzərinə çatdırıblar.

Deputatlığa namizəd Anar İsgəndərov seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması haqqında ətraflı məlumat verib. Qeyd edib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasət Azərbaycanı dünyada aparıcı dövlətlərin sırasına daxil edib. Vurğulanıb ki, Azərbaycan bölgənin lider dövlətidir, ən böyük uğurumuz ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasıdır.

A.İsgəndərov seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə ona göstərilən inam və etimadı doğruldacağını və seçicilərin səsləndirdiyi arzu və istəkləri reallaşdırmağa çalışacağına söz verib.

Qeyd edək ki, həmin gün deputatlığa namizəd Bəlitonda Şəhidlər bulağını ziyarət edərək şəhidlərin ruhuna dualar oxuyub.