Xəbərlər
Xalq onları unutmayacaq

Avqustun 11-də Yeni Azərbaycan Partiyasının (YAP) 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədi Pərvanə Vəliyeva Vətən müharibəsi şəhidi Babək Ramaldanovun doğum günü münasibətilə onun ailəsini ziyarət edib, şəhidin abidəsi yad edilib.
Deputatlığa namizəd P.Vəliyeva şəhidin ata-anasına, eləcə də digər şəhidlərin valideynlərinə belə qəhrəman və cəsur övladlar yetişdirdiklərinə görə bir daha minnətdarlığını ifadə edib. O vurğulayıb ki, Vətən uğrunda canlarından keçən qəhrəman oğullar cəsurluq və mərdlik nümunəsi göstəriblər: “Onların keçdikləri qısa, şərəfli həyat yolu bundan sonrakı nəsillərə örnəkdir. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacaq”.
Görüşdə şəhidin ailə üzvləri ilə yanaşı, qohumları və onu tanıyanlar da iştirak edib, şəhid qəhrəman Babək Ramaldanovun döyüş yolu, habelə şücaəti haqqında söhbət açılıb.
Şəhidin valideynləri də öz növbəsində namizədə xeyir-dua verərək, dəstəyini bildiriblər.