YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüz bir olanda dəmir yumruğumuz daha möhkəm olur

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Mətbuat daim inkişafda olan, yeniliyi, təkmilləşməni əks etdirən sahədir. Təbii ki, bugünkü Azərbaycanı müstəqilliyimizin bərpasının ilk illərinin Azərbaycanı ilə müqayisə etmək mümkünsüzdür. Bu gün qalib, bütövləşən Azərbaycanın mətbuatından bəhs edirik. Mətbuatımız bütün dövrlərdə üzərinə düşən missiyanı şərəflə yerinə yetirib və bu gün də yetirir. Hər dövrün öz tələbi, çağırışları vardır.

Müstəqillik tariximizin mətbuatının inkişafından bəhs edərkən Ulu Öndər Heydər Əliyevin gördüyü işlər göz önünə gəlir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.  1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi.

Son 20 ildən artıq dövrdə cənab İlham Əliyev dahi şəxsiyyətin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı bütün sahələrdə yeni-yeni hədəflərə doğru aparır. Ölkəmizin inkişafında əldə olunmuş yüksək nəticələr milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Prezident İlham Əliyev “Bu gün Azərbaycan mətbuat müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndilirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməli, söz və məlumat azadlığından sui-istifadənin qarşısı qətiyyətlə alınmalıdır” fikirləri ilə mətbuatın qarşısında dayanan vəzifələri açıqlayır.

Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan peşə artımı kurslarında treninq və təkmilləşmə kursları keçirlər. Kommunikasiya vasitələrinin transformasiya mərhələsini yaşadığı, rəqəmsal platformaların və sosial media alətlərinin öz əhatə dairəsini genişləndirdiyi hazırkı dövrdə milli informasiya resurslarımızın potensialının və qlobal informasiya şəbəkəsində mövqelərinin gücləndirilməsi başlıca vəzifələrdən biridir. Son illər həyata keçirilmiş islahatlar media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, iqtisadi əsaslarının möhkəmləndirilməsi, jurnalistlərin sosial təminatının yaxşılaşdırılması, dövlətin kommunikasiya siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi, jurnalistika sahəsində çevikliyin, peşəkarlığın yüksəldilməsi, cəmiyyətimizi narahat edən mənfi təzahürlərin aradan qaldırılması, medianın beynəlxalq əlaqələrinin genişləndirilməsi və dost ölkələrlə birgə platformaların yaradılması məqsədi daşımış, bu sahədə nəzərəçarpacaq irəliləyiş əldə edilmişdir.

Mətbuat müasir dövrün imkanlarından maksimum istifadə edərək həqiqətlərimizi beynəlxalq ictimaiyyətə çatdırır. Bu gün bütün mətbu orqanlarda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri işıqlandırılır. Böyük Qayıdış proqramından irəli gələn vəifələrin uğurlu icrası geniş təbliğ edilir. Tezliklə yazılı və elektrin KİV-lərimiz bu müjdəni verəcək ki, soydaşlarımızın  qayıdışı tam şəkildə başa çatdı. Dövlətimizin atdığı addımların əsasında məhz bu hədəf dayanır. Artıq Qərbi Azərbaycana qayıdış məsələsi də gündəmdədir. Dövlət başçısı İlham Əliyev iyulun 20-də keçirilən 2-ci Şuşa Qlobal Media Forumunda da bu məsələyə xüsusi diqqət göstərdi. Tariximiz barədə tədbir iştirakçılarına geniş məlumat verdi.

Dövlət başçısı İlham Əliyev diqqəti, eyni zamanda, türk dünyasının birliyinə yönəltdi. Bildirdi ki, Türk Dövlətləri Təşkilatının gələcək inkişafı ilə bağlı baxışlarım tamamilə aydındır. Təşkilatın çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər lazımdır: “Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir, Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və buna ortaq səylərlə nail olacağıq. O ki qaldı, hərbi sahədə işbirliyinə, buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər oldu, o cümlədən hərbi sahədə.”

Dövlətimizin başçısı bildirdi ki, bu, bütün türk cümhuriyyətləri üçün gözəl bir örnəkdir. Təbii ki, hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq. Qarabağ Zəfəri bir çox ünvanlara gözəl mesaj oldu. Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. İnşallah, belə də olacaq.

Azərbaycan-Pakistan münasibətləri də diqqət göstərilən məsələlər sırasında oldu. Cənab İlham Əliyev qeyd etdi ki, Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük. Media sahəsində səylərimizin birləşdirilməsi çox yaxşı fikirdir: “Hesab edirəm, biz birgə media işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək. Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə sizin çıxışınız var və bunu təkcə Pakistan deyil, digər dost ölkələrlə də edə bilərik.” Bu əminlik də ifadə edildi ki, əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəyik.

İkinci Şuşa Qlobal Media Forumu Azərbaycanda, regionda və dünyada baş verən hadisələrin təqdimatı oldu. Tədbir iştirakçılarına geniş məlumat verildi. Bir daha bu çağırış səsləndirildi ki, hadisələr obyektiv işıqlandırılmalıdır.

DİGƏR Xəbərlər Arxiv