YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallıda Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatı Aztelekom MMC Cənub Regional filialı ərazi partiya təşkilatında Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev və digərləri Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna  xidmətlərindən  danışıblar. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gələrək Azərbaycanı ağır vəziyyətdən, böhrandan çıxardığı vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin gəlişi ilə Azərbaycan cəmiyyət həyatının bütün sahələrində tərəqqi və inkişaf dövrünə qədəm qoydu.