Xəbərlər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Türkiyə Prezidentinin “X” sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib.
Paylaşımda deyilir: “Can Azərbaycanın 15 İyun - Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”.