YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP böyük inkişaf yolu keçib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kolleci ilə birgə tədbir keçirib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Tədbiri giriş sözü ilə açan kollecin direktoru Leyla İbrahimova, YAP Lənkəran rayon təşkilatının əməkdaşı Yalçın Əliyev bildiriblər ki, Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın uğurlu inkişafının təmin olunmasında müstəsna rol oynayır. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfərdən qürur duyur.

Sonra partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edilib.

Tədbirə kollecin “İnstrumental ifaçılıq” şöbəsinin pedaqoji kollektivi və tələbələrinin təqdimatında bədii kompozisiya ilə yekun vurulub.