YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin deputatı Ramil Həsən Ucarda seçicilərlə görüşüb

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Ramil Həsən Yeni Azərbaycan Partiyası (YAP) Ucar rayon təşkilatının akt zalında seçicilərlə görüşüb.

Əvvəlcə Milli Məclisin deputatı Ramil Həsən və YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Ulu Öndər Heydər Əliyevin Ucar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstəsi qoyub.

Daha sonra rayon mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları ziyarət edilib, xatirələri ehtiramla yad edilib.

Görüşdə seçicilər əsasən səhiyyə, işsizlik, sosial, su, kanalizasiya, yol-nəqliyyat infrastrukturu, məhkəmə işi və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər. Seçicilər mütəmadi olaraq Ramil Həsən tərəfindən həyata keçirilən xoşməramlı yardım aksiyalarının qarşıdan gələn Qurban bayramı çərçivəsində də davam etməsini arzu etdiklərini bildiriblər.

Seçicilərin bir qismi artıq həllini tapmış məsələlərlə bağlı deputat Ramil Həsənə təşəkkürlərini ifadə ediblər. Seçicilərin hər birinin arzu və istəkləri, qaldırmış olduqları məsələlərlə bağlı təklif və tələbləri deputat tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması üçün müvafiq qurumlara ünvanlanması barədə tapşırıqlar verib.

Milli Məclisin deputatı Ucar rayonunun Qazyan kəndində Azərbaycan Respublikasının Milli Qəhrəmanı Ehtiram Əliyevin anası İmmi Əliyevanın vəfatı ilə əlaqədar keçirilən yeddi mərasimində iştirak edib.