Xəbərlər
Əlaqələr yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Son illərdə Azərbaycanın qarşılıqlı münasibətləri daha da dərinləşdirdiyi dövlətlərdən biri Tacikistandır. Respublikamızın bu ölkə ilə əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda intensiv şəkildə inkişaf edir. Deyə bilərik ki, Azərbaycanın və Tacikistan siyasi dialoqu, iqtisadi və humanitar sahələrdə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalarının qarşısında hansısa bir maneə yoxdur. Təmasların möhkəmlənməsində liderlərin və digər yüksəksəviyyəli rəsmilərin mütəmadi hal alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Elə bu günlərdə Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri müxtəlif istiqamətləri əhatə edən qarşılıqlı münasibətlərin yüksək dinamika ilə inkişafını bir daha təsdiqləyir. Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan-Tacikistan arasında ikitərəfli əmədaşlıq haqqında sənədləri imzalanıb və yeni imzalanan bu sənədlər Azərbaycan- Tacikistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolu və nüfuzundan xəbər verir. Bu iki ölkə arasında olan dostluğun bariz təcəssümüdür.
Azərbaycanla Tacikistan arasında münasibətlərin intensivləşməsindən söhbət açarkən birgə hökumətlərarası komissiyanın uğurlu fəaliyyətinin önəmini xüsusi qeyd edə bilərik. İki ölkə arasında əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti qarşılıqlı səylərlə daha da aktivləşdirilib. İqtisadi-ticarət, investisiya tərəfdaşlığımız genişlənir.Tacikistan Azərbaycanın ərazi bütövlüyünə daim dəstək verən ölkələr sırasında yer alır. O cümlədən dost ölkə işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə hazırdır. Beləliklə, uzun tarixə söykənən Azərbaycan-Tacikistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Azərbaycanın Tacikistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.