YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni mərhələnin başlanğıcı

Mansur Quliyev   

YAP Ağdam rayon təşkilatının sədri

Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra Asiya və Avropa ölkələri üçün önəmli tərəfdaşdır. Həmçinin müstəqil xarici siyasət aparan Respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Bu gün Azərbaycan Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həm də ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin Beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.

Bu gün Azərbaycan bölgədə ən etbarlı siyasi, strateji tərəfdaş kimi bir çox inkişaf etmiş dövlətlərin marağına səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Azərbaycanın türkdilli ölkələrlə əlaqələri bir sıra özünəməxsus cəhətlərinə görə seçilir. Xalqlarımızın  din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdən biridir.  

Qədim tarixi köklərə bağlı olan Azərbaycan-Tacikistan münasibətləri bu gün yeni bir müstəviyə qədəm qoymaqdadır. Prezident İlham Əliyevin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətləri davamlı inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir. Birgə bəyanat zamanı Prezident İlham Əliyev bildirdi ki,“ Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb. Biz indicə münasibətlərimizin xarakterini, ruhunu, həmçinin xalqlarımızın iradəsini əks etdirən Strateji Tərəfdaşlıq Bəyannaməsini imzaladıq. Bəyannamə qarşılıqlı fəaliyyətin demək olar bütün sahələrini əhatə edir. Bu sənəddə qarşılıqlı dəstək və konkret nəticələrə diqqət ifadə olunub. Bu gün iqtisadi əməkdaşlıq məsələlərini ətraflı müzakirə etdik. Strateji Tərəfdaşlıq Bəyannaməsi ilə yanaşı, daha 13 sənəd, ümumilikdə 14 sənəd imzalanıb ki, onlardan bəziləri burada, bəziləri isə əvvəllər imzalanıb. Bu, münasibətlərimizin müqavilə-hüquq bazasını xeyli möhkəmləndirir. Tacikistan Prezidentinin səfəri ərəfəsində biznes-forum keçirildi, bu forumda da sənədlər və qarşılıqlı anlaşma memorandumları imzalandı və bu barədə bu gün bizə məlumat verildi. Hesab edirəm ki, bu, bizə qarşılıqlı ticarətin həcmini xeyli artırmağa imkan verəcək.”

Qeyd edək ki, səfər çərçivəsində tərəflər arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır. Azərbaycan-Tacikistan arasında ikitərəfli əmədaşlıq haqqında sənədləri imzalanıb və  yeni imzalanan bu sənədlər  Azərbaycan- Tacikistan arasında yeni bir mərhələnin başlanğıcına təkan vermiş oldu ki, bu da  ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan  rolu və nüfuzundan xəbər verir. Bu iki ölkə arasında olan dostluğun bariz təcəssümüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə bir sıra region ölkələri kimi Azərbaycanın Tacikistanla olan iqtisadi, ticari və siyasi müstəvidəki əlaqələri yüksək inkişaf tempi ilə davam edir və ölkəmiz öz milli dövlətçilik maraqları çərçivəsində dünyanın siyasi arenasına uğurla inteqrasiya edir.

DİGƏR Xəbərlər Arxiv