Xəbərlər
Gədəbəy rayonunda 28 May Müstəqillik günü ilə əlaqədar tədbirlər keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının Arıqıran, Kiçik Qaramurad, Zəhmətkənd, Alnabat, Çiçəkli, Şınıx, GEM, Poladlı, Samanlıq, Qoşabulaq, Arıqdam, Çobankənd, Düzrəsullu, Çayrəsullu və Çanaqçı ərazi partiya təşkilatlarında 28 May Müstəqillik günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü barədə məlumat verilib. Qeyd olunub ki, qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edən Azərbaycan Xalq Cümhuriyyəti həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Vurğulanıb ki, 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə üç rəngli bayrağımız ilk dəfə Naxçıvan Muxtar Respublikasının bayrağı kimi qəbul edilib, bir il sonra isə milli bayrağımız Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi təsis edilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin müstəqilliyini qoruduğu və möhkəmləndirdiyi Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında tarixdə özünün ən qüdrətli dövrünü yaşayır. Demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyev Azərbaycanın 30 il işğala məruz qalmağına son qoyaraq xalqımızı öz ətrafında bir yumruq şəkilində birləşdirməklə ölkəmizin ərazi bütövlüyünü tam şəkildə təmin edən Müzəffər Ali Baş Komandandır. Xankəndidə, Şuşada və işğaldan azad edilən ərazilərimizdə dalğalanan üçrəngli Azərbaycan bayrağı gələcək nəsillər üçün unudulmaz dövlətçilik mirasıdır.