Xəbərlər
Müstəqil Azərbaycan Respublikası Cümhuriyyətin varisidir
Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı 28 May – Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir” mövzusunda dəyirmi masa keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının müavini Kəmalə Xəlilova, Sərkar ərazi partiya təşkilatının sədri Şəmistan Yusibov, Samux rayon Ağsaqqallar Şurasının sədri Gəray Bayramov, Samux şəhər 3 saylı tam orta məktəbin müəllimi Səlminə Məmmədova, “Az.MSS” ərazi partiya təşkilatının sədri Namiq Cəfərov və digərləri çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıblar. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir.