Xəbərlər
Texnika və mədəniyyət sahələrində dörd nəfərə Dövlət Mükafatı verildi
Prezident İlham Əliyev “2024-cü il üçün Azərbaycan Respublikasının texnika və mədəniyyət sahələrində Dövlət Mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Mükafatı texnika sahəsi üzrə “Xüsusi təyinatlı sürtkü yağlarının yaradılması və istehsalının təşkili” kompleks elmi-texniki işinə görə Vaqif Fərzəliyev, Həqiqət Cavadova və Əfsun Sucayevə, mədəniyyət sahəsi üzrə isə teatr rejissorluğu sahəsində fəaliyyətinə görə Mehriban Ələkbərzadəyə verilir.