YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lefkoşada Azərbaycanin müstəqillik günü qeyd olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində Türk Dövlətləri Təşkilatı (TDT) ilə əlaqələri Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti olaraq müəyyən etmişdir: “Türk Dövlətləri Təşklatı bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.”

Eyni məntiqə söykənərək, Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə əlaqələri son dövrdə dinamik xarakter kəsb etməkdədir. 2022-ci ilin 11 noyabr tarixində Türk Dövlətləri Təşklatının Səmərqənddə keçirilən IX Zirvə toplasında ŞKTC TDT-yə müşahidəçi statusunda  qəbul edildikdən sonra rəsmi Bakı-Lefkoşa münasibətlərini yüksələn xətt üzrə inkişafı üçün yeni imkanlar pəncərəsi açılmışdır. 2023-cü ilin oktyabr ayında ŞKTC-nin Prezidenti Ersin Tatarın Azərbaycana səfəri olmuş, noyabrın 13-də isə Bakı şəhərində ŞKTC-nin yaradılmasının 40 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. İkitərəfli münasibətlərdə müşahidə olunan bu yeni reallıqların məntiqi davamı olaraq Azərbaycan Respublikası-ŞKTC parlamentlərarası işçi qrupu yaradılmışdır. Eyni məntiqlə qarşılıqlı səfərlər intensiv xarakter kəsb etmiş və onun coğrafiyası daha da genişlənmişdir.

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, siyasi elmlər doktoru, professor Elman Nəsirovun 22-26 may tarixində ŞKTC-yə səfərini də eyni konteksdə qiymətləndirmək lazımdır. Səfər Azərbaycan Respublikasının 28 May Müstəqillik Gününün qardaş ölkədə qeyd olunması məqsədi ilə reallaşdırılmışdır. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi bu mühüm tədbirin keçirilməsinə maliyyə və mənəvi dəstək göstərmişdir. Təkilatçı qismində isə Kipr-Azərbaycan Diaspora Mərkəzi çıxış etmişdir. Səfərdə Azərbaycan tərəfdən “Paradiqma” İctimai-siyasi tədqiqatlar İB-nin sədr müavini Zahir Həsənov və tanınmış muğam ustası, xanəndə Könül Məmmədli də iştirak etmişdir.

Səfər çərçivəsində deputat Elman Nəsirov mayın 23-də ŞKTC-nin Baş naziri Ünal Üstel və  Türkiyə Respublikasının ŞKTC-də Fövqəladə və Səlahiyyətli səfiri Metin Feyzioğlu ilə görüşmüşdür.

Mayın 24-də isə isə millət vəkili Elman Nəsirovu ŞKTC-in Daxili İşlər naziri Dursun Oğuz, ŞKTC-nin Cümhuriyyət Məclisinin sədri Zorlu Törə və ŞKTC-nin Xarici İşlər naziri Tahsin Ertuğruloğlu qəbul etmişdir.

Aparılan müzakirələr zamanı ikitərəfli və TDT çərçivəsində əməkdaşlığın real vəziyəti və perspektivləri, xüsusilə iki qardaş dövlət arasında parlament diplomatiyası istiqamətində atılmış addımlar və onların intensivləşdirilməsi ilə bağlı məsələlərə toxunulmuşdur.

Mayın 25-də Lefkoşada Atatürk Mədəniyət Mərkəzində Kipr-Azərbaycan Diaspor Mərkəzinin (KADM) təşkilatçılığı ilə 28 May Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş rəsmi tədbir təşkil olunmuşdur. KADM-ın sədri Raul Diniyevin giriş nitqi ilə başlanan tədbirdə rəsmi qonaqlar olaraq ŞKTC-nin Cümhuriyət Məclisinin sədri cənab Zorlu Törə, deputat Elman Nəsirov, ŞKTC Prezidentinin köməkçisi Gökhan Gülər və Bağçaşəhər Kipr Universiteti rektorunun köməkçisi İsmayıl Bahadır Turan çıxış edərək Türk dünyasının müstəqillik tarixi ilə bağlı mühüm məsələlər ətrafında fikirlərini səsləndirmiş, bir vahid ailə olaraq Türk dövlətlərinin birliyinin daha da möhkəmləndirlməsinin vacibliyinə diqqəti cəlb etmişlər. Tədbir bədii hissə ilə davam etdirilmişdir.

DİGƏR Xəbərlər Arxiv