YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hazırki dialoq mühitinin qorunub saxlanılması üçün milli birlik nümayiş olunmalıdır

Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Bununla əlaqədar Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirb ki, Azərbaycanda və regionda geosiyasi proseslərdə dəyişikliklər olub: "Azərbaycan dövlətinin inkişaf prioritetləri müəyyən olunub. Buna uyğun bütün sahələrdə, o cümlədən siyasi proseslərdə də inkişafa nail olunub. Bu proseslərin əsas avanqardı siyasi partiyalardır. Bu gün bu prosesi YAP siyasi proseslərin əsas avanqard partiyası olaraq aparır. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayıb. Artıq siyasi partiyaların həm cəmiyyətdə, həm də siyasi proseslərdə rolunun artırılması, onların iştirakına geniş imkanlar verilməsi üçün “Siyasi partiyalar haqqında” yenin qanun qəbul edilib. Əvvəlki qanundan fərqli olaraq yeni qanunda siyasi partiyaların həm funksionallığının artılması, həm də siyasi proseslərdə çevik iştirak etməsi üçün geniş imkanlar yaradılıb”.

“Yeni siyasi konfiqurasiya şəraitində dəfələrlə siyasi dialoq mühitində partiya rəsmilərinin görüşlərinin keçirilməsinin, siyasi partiyaların ölkə əhəmiyyətli proseslərdə həmrəylik nümayiş etdirməsinin şahidi olmuşuq. Əvvəllər bir sıra partiyalar qeyri-konstruktiv, aqressiv davranışlar nümayiş etdirirdilərsə, hazırda konstruktiv formada proseslərin iştirakçısına çevriliblər. Görüşdə qeyd olunduğu kimi, milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olması vacibdir. Əlbəttə ki, əsas məsələ mövcud dialoq mühitinin qorunub saxlanılması üçün milli birliyin nümayişidir. Azərbaycanda bu gün rəsmi qeydiyyatdan keçən partiyaların əksəriyyəti bu proseslərdə fəal iştirak edirlər. Biz mayın 16-da bir daha bunun şahidi olduq, -deyə A.Əsgərli vurğulayıb.