YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Toni Kreqqin "Nəzər nöqtələri" əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur

Böyük Britaniyanın tanınmış heykəltəraşı, müasir incəsənətin görkəmli nümayəndələrindən biri Toni Kreqqin "Nəzər nöqtələri" əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında nümayiş olunur.

Əsər Mərkəzin parkında təqdim edilir.

Xatırladaq ki, 2014-cü ildə Heydər Əliyev Mərkəzində Toni Kreqqin fərdi sərgisi açılıb. 2014-cü il aprelin 9-dan avqustun 31-dək davam edən sərgidə heykəltəraşın 28 əsəri nümayiş olunub. Sərgidən sonra "Nəzər nöqtələri" əsəri Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasına daxil edilib.

Toni Kreqqin indiyədək dünyanın müxtəlif ölkələrində 350-dən çox fərdi sərgisi təşkil olunub. Onun müxtəlif materiallardan - bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırladığı heykəllər muzeylərlə yanaşı, London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Stokholm kimi şəhərlərin küçə və meydanlarını da bəzəyir.

Qeyd edək ki, hazırda Heydər Əliyev Mərkəzinin daimi ekspozisiyasında dünyada məşhur olan bir sıra müəlliflərin əsərləri nümayiş olunur.