YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əyilməz ruhumuzun rəmzi

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri                                                         
Mayın 10-da - Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 101-ci ildönümündə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdi və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər.
Bu gözəl tarixi hadisə münasibətlə Şuşalıları təbrik edən Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi ki, “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, - bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, - yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər”.
Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı azad etmək uğrunda dünyanın hərb tarixində dərs ola biləcək bir rəşadət ortaya qoydu.
Cənab Prezidentin dediyi kimi, “Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşa azad olunmadan ordumuz dayanmayacaqdı”. Belə də oldu. Şuşanın azad olunması ilə şanlı Zəfərimizə nail olduq. Şuşa, həmçinin qələbəmizin zirvəsi idi. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımız üçün olduqca tarixi və qürurverici bir hadisə idi. Bu tarixi nailiyyətə çatmaqla Azərbaycan dünyaya yeni güc və qəhrəmanlıq nümunəsi göstərdi. Bu gün dünya Ermənistanı məğlub edilmiş, Azərbaycanı isə Zəfər çalmış ölkə kimi tanıyır. Bütün cinahlarda gedən döyüşlərə şəxsən rəhbərlik edən Prezident İlham Əliyev Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə edərək tarixi qələbəyə imza atdı. Qələbəmiz isə təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə həm də regionda tamamilə yeni bir reallıq yaratdı.
Şuşanın şəhər döyüşləri nəticəsində azad edilməsinin tariximizin parlaq səhifəsi olduğunu bir daha vurğulayan dövlətimizin başçısı deyib: “Şuşa mədəniyyət ocağı kimi tanınsa da, hazırda, eyni zamanda, qəhrəmanlıq rəmzidir, zəfər rəmzidir və sülhün rəmzidir”.
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ölkəmizin tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir. Bu mühüm addım İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaq. İl çərçivəsində ölkə daxilində və onun hüdularından kənarda keçirilən tədbirlər 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarının geniş təbliğinə öz töhfələrini verəcək. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti islam dünyasının birilyinin, həmrəyliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq.