YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşanın yeni tarixi başlayır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri 

Ulu Öndərin 101-ci ildönümü günündə Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Şuşada 1-ci yaşayış kompleksinin açılışında iştirak ediblər . Eyni zamanda onlar şəhərə ilk köçmüş sakinlər ilə görüşüblər.  Dövlət başçımız sakinlərlə görüşü zamanı bildirib ki, əziz şuşalılar doğma torpağınıza xoş gəlmisiniz: “Uzun illərdir ki, sizlər erməni vandalları sizi Şuşaya həsrət qoymuşdur. Mən Prezident seçildiyim ilk gündən sizlərə və ümumiyyətlə dədə-baba torpağından  köçkün düşmüş soydaşlarımıza söz vermişdim ki, sizləri doğma torpaqlarınıza qaytaracağıq. Biz verdiyimiz sözə əməl edərək 44 gün ərzində şəhidlərimizin, qazilərimizin, Azərbaycan oğullarının canı –qanı bahasına torpaqlarımızı əsarətdən azad etdik.  Bu gün isə siz şuşalılar ilə bərabər digər işğaldan azad olunmuş rayonlarımıza məcburi köçkün soydaşlarımız doğma torpaqlarına qayıdır. Məhz buna görə biz şanlı ordumuza borcluyuq.”

32 ildən sonra Azərbaycanın füsunkar təbiətinə malik olan Qarabağa həyat qayıdır. Bu tarix Qarabağın yeni tarixinin başlanğıcı hesab edilməlidir. Bu gün Qarabağın tacı sayılan Şuşa şəhəri ilə bərabər Qarabağın bütün bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri yüksək səviyyədə aparılır. 10 may tarixi Şuşalılar üçün xüsusi və əlamətdar gündür. Uzun illər ata-baba yurdlarından didərgin düşmüş sakinlər artıq Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz torpaqlarına qayıdırlar.  

Görüş zamanı Prezident İlham Əliyev ilk olaraq 44 günlük Vətən müharibəsi zamanı qələbəni bizə bəxş edən cəsur, igid və qəhrəman oğullarımızın şücayətindən danışdı. Son illərdə vətənpərvər ruhda böyüyən və formalaşan oğullarımız olmasaydı bu qələbəni qazanmaq mümkünsüz olardı. Məhz bu qələbənin təməli onların qəhrəmanlığı, igidliyi və şücaəti sayəsində olmuşdur. Bu gün bütün dünyada Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından 44 günlük Vətən müharibəsindən göstərdiyi şücaət, cəsarət və vətənpərvərlik ruhundan danışılır. Bu da dövlət və millət olaraq hər birimiz üçün qürur, fəxr, sevinc mənbəyimizdir. 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatları zamanı rəşadətli, müzəffər ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.

Şuşa şəhəri öz əvvəlki tarixi memarlıq görkəmini saxlamaqla bərabər ən müasir formada yenidən qurulur. Şuşada yeni yaşayış kompleksləri inşa edilir. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən gözəl məkanına çevrilir. Bu da dünyada Azərbaycanın siyasi və iqtisadi cəhətdən güclü dövlət olmasının bariz nümunəsidir.