YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir”

Samux rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Ümummilli Lider Heydər Əliyevin öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir.

Sonra Ulu Öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırov Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb.

Çıxışlardan sonra Heydər Əliyevin anadan olmasının 101 illiyi çərçivəsində YAP Samux rayon təşkilatı tərəfindən təşkil olunan bilik yarışında, şahmat turnirində, inşa-yazı və rəsm müsabiqələrində qalib gələn bir qrup məktəbliyə fəxri fərman təqdim edilib.

Tədbir Sərkar Uşaq Musiqi Məktəbinin kollektivi tərəfindən hazırlanmış konsert proqramı ilə yekunlaşıb.

DİGƏR Xəbərlər Arxiv