Xəbərlər
“Heydər Əliyev və Azərbaycan gəncliyi”
Gəncə şəhərində, “Aşıq Şəmşir”adına mədəniyyət evində Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatının, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun, Kəlbəcər rayon Təhsil sekotrunun və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Kəlbəcər rayon üzrə mədəniyyət sektorunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx baxılıb.
YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Kəlbəcər rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, ADİİXİ Xİ Kəlbəcər rayon komitəsinin sədri Əli Bağırov, Kəlbəcər rayon 1 saylı tam otra məktəbin direktoru Nazim Qafarov, “Aşıq Şəmşir”adına Kəlbəcər rayon mədəniyyət evinin di rektoru Akif Bayramov, Kəlbəcər rayon Mərkəzi xəstəxanasının direktor köməkçisi Aytac Sadıqzadə və Kəlbəcər rayon 69 saylı məktəbin müəllimi Türkan Nağıyevanın çıxışlarında vurğulanıb ki, Azərbaycanın əldə etdiyi uğurların bünövrəsi dünya miqyasında dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev amili ilə bağlıdır. Çünki Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir və güclənir. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar.
Sonra Kəlbəcər rayon 1 saylı tam orta məktəbin şagirdi Elmin Hüseynli Ulu Öndər Heydər Əliyevə həsr olunan şeir söyləyib.
Sonda rayonun ictimai-siyasi həyatında, idmanın inkişafında səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.