YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistanın “National Herald Tribun” qəzetində Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci ildönümü ilə bağlı məqalə dərc edilib

Pakistanın “National Herald Tribun” qəzetində tanınmış jurnalist Raca Cavid Ali Bhattinin “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalının 22-ci ildönümü” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə bildirilib ki, Azərbaycanın 1993-cü ilin avqustunda işğal edilmiş qədim yaşayış məskəni olan Füzuli rayonunda işğaldan əvvəl 1 şəhər, 1 şəhər tipli qəsəbə və 75 kənd olub. Rayonun ümumi ərazisi 1386 kvadratkilometr, əhalisi isə 105 min nəfərdən çox idi. Hazırda rayonun işğaldan azad edilmiş ərazilərində 13 qəsəbə və 20 kənd var. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilmiş ərazilərdə məcburi köçkün ailələri üçün yeni salınıb. Bu gün rayonda 51 mindən çox məcburi köçkün məskunlaşıb.

Yazıda müəllif Cəbrayıl rayonu haqqında da məlumat verib. Vurğulanıb ki, rayonun ərazisi 1049 kvadratkilometr, əhalisi isə 54 min nəfərdən çox olub. Ermənilərin işğalı nəticəsində cəbrayıllılar Azərbaycanın 58 rayonunun 2000-dən çox yaşayış məntəqəsində məcburi köçkün kimi məskunlaşıblar. İşğal nəticəsində Fizuli və Cəbrayıl rayonlarının bütün infrastrukturu dağıdılıb, yüzlərlə yaşayış məntəqəsi yer üzərindən silinib. Minlərlə insan doğma torpaqları uğrunda mübarizədə şəhid olub və yaralanıb.

Jurnalist dağlıq ərazidə yerləşən və təbii sərvətlərlə zəngin Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən talan edilməsi, meşələrin qırıldığı və yaxud yandırıldığı, tarixi yerlərin, məscidlərin, abidələrin, tikililərin dağıdıldığı, yaşayış məskənlərinin xarabalıqlara çevrildiyi, kənd təsərrüfatına yararlı bütün torpaqların məhv edildiyini xüsusilə diqqətə çatdırıb.

Raca Cavid Ali Bhatti daha sonra qeyd edib ki, hazırda Azərbaycan ilə Ermənistan arasında atəşkəs elan edilməsinə baxmayaraq, bu ərazilərdə yenə də silah səsləri eşidilməkdədir. Ermənistan silahlı qüvvələri mütəmadi olaraq atəşkəs rejimini pozaraq cəbhəboyu zonada məskunlaşmış dinc əhalini daim qorxu içində saxlamağa çalışır.

 

DİGƏR Xəbərlər Arxiv