Xəbərlər
“Hər bir şəhid Vətəndir”
Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı Novruz bayramı ilə əlaqədar “Hər bir şəhid Vətəndir!” adlı aksiya keçirib.
Aksiya çərçivəsində İmişli rayonundan olan Vətən müharibəsi, həmçinin lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olanların ailələri ziyarət olunub, bayram sovqatı paylanılıb.
YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və “Energetik-1” ərazi partiya təşkilatının sədri Saleh Səmədov Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən müharibəsində yüzlərlə imişlili gəncin göstərdiyi şücaətlərdən, qəhrəmanlıqdan söhbət açıb. Adları tarixə qızıl hərflərlə yazılan şəhidlərin daim hörmət və ehtiramla yad edildiyini bildirib.
Şəhid ailələrinin üzvləri və qazilər həyatlarının hər bir anlarında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını hiss etdiklərini söyləyərək təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, aksiya çərçivəsində şəhid ailələri ilə yanaşı, 500 qazi və imkansız ailəyə də bayram sovqatı verilib.