YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır

Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Xocalı  rayon təşkilatının XI konfransı keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransda YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi kimi fəaliyyətini uğurla davam etdirir. YAP ötən illər ərzində böyük inkişaf yolu keçərək xalqın etimadını qazanıb və aparıcı mövqeyə yüksəlib. Partiyanın yerli təşkilatları da dövlət siyasətinin təbliğində mühüm rol oynayır.

Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov qeyd edib ki, 44 günlük Vətən müharibəsi dövründə Xocalının bir sıra kəndlərinin işğaldan azad olunması ilə başlanan proses 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində Xocalının və bütün kəndlərinin tam azad olunması ilə başa çatmışdır. Bu gün isə Xocalıya qayıdış prosesi həyata keçirilir, genişmiqyaslı yenidənqurma işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, sosial obyektlər istifadəyə verilir.

YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, müasir Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Onun sözlərinə görə, son illərdə ölkəmizin əldə etdiyi mühüm nailiyyətlər, həyata keçirilən irimiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq müstəvidə möhkəmlənən mövqelər Azərbaycanın tərəqqi yolunda inamla irəlilədiyini nümayiş etdirir.

YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə  bildirib ki, YAP-ın fəaliyyəti ölkəmizdə sabitliyin və milli həmrəyliyinin qorunmasında mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən insanlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Konfransda YAP Xocalı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv