YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni əsrin yeni Lideri

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və “Qanboy Quliyev 1A” ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsinin layiqli davamçısı - Yeni əsrin yeni Lideri İlham Əliyev” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən bəhs edib. O, Ulu Öndər İlham Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə edildiyini bildirib. Qeyd edib ki, 44 gün davam edən Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarı da məhz Ali Baş Komandan İlham Əliyevdir.

Tədbirdə çıxış edən “Qanboy Quliyev 1A” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Ramin Oruclu, partiya fəalı Fərid Hacıbəyli Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru əmin addımlarla irəlilədiyini deyiblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.