Xəbərlər
Yunanıstan Prezidenti Katerina Sakellaropulu Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir: “Sizi seçkilərdə qələbəniz münasibətilə təbrik edirəm.
Sizi əmin edirəm ki, Yunanıstan xalqlarımızın mənafeyi, eləcə də daha geniş regionda sabitlik naminə qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığımızı inkişaf etdirmək istəyir.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edəsiniz.”