Xəbərlər
Uğurlu inkişafa səs verəcəyik!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Qazax rayonunun Çaylı və Bala Çaylı kəndlərinin seçiciləri ilə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Görüşdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Səməd Seyidov, təşviqat qrupunun üzvləri Xatın Hüseynxanova, Akif Əmirov, Səfurə Rəhimova, Qədir Əfəndiyev, Müqabil Məmmədov, Cavanşir Rüstəmov çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, dünya şöhrətli siyasətçi, hər bir azərbaycanlının prezidenti olan İlham Əliyevin 20 illik prezidentliyi dövründə xalqımızın milli maraqları naminə müstəsna xidmətlər göstərilmiş, böyük nailiyyətlər, misilsiz qələbələr qazanılmış, Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilmişdir.
Natiqlər görüş iştirakçılarını seçkilərdə iştirak etməyə və cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.