YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatında yubiley yaşında olan partiya veteranları ilə görüş keçirilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev partiya veteranlarını yubileyləri münasibətilə səmimi qəlbdən təbrik edərək, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. O qeyd edib ki, partiya veteranları Ümummilli Lider Heydər Əliyevin ideyalarının və zəngin dövlətçilik irsinin gənc nəslə aşılanması, Prezident İlham Əliyevin siyasətinin təbliği istiqamətində səmərəli fəaliyyəti ilə fərqləniblər.

Yubilyarlar Mətləb İsmayılov, Ramiz Hacıyev və Vahid Məhərrəmov göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Sonda partiya veteranlarına yubileyləri münasibətilə təşəkkürnamə və xatirə hədiyyələri təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv