YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə Vətən müharibəsi qazisi ziyarət olunub

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı aparatının kollektivi Beynəlxalq Əlillər Günü münasibətilə Vətən muharibəsi qazisi Tural Nizami oğlu Əsədzadəni ziyarət edib.

Görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə əlil vətəndaşlara göstərilən dövlət qayğısından, qazilərin sağlamlığı istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Tural Əsədzadə Vətən müharibəsində göstərdiyi igidliklərə görə, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Görüşdə Aprel döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı olan birinci qrup əlil Tural Əsədzadə döyüş yolundan danışıb.

Qazinin valideynləri dövlətimiz tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv