Xəbərlər
Qalib Liderlə yeni Zəfərlərə doğru!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 4-də Göygöl rayonu, Gəncə şəhəri, Beyləqan və Zərdab rayonlarında məskunlaşmış Kəlbəcərli seçicilərlə görüşlər keçirilib
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Milli Məclisin deputatı Aqil Məmmədov, təşviqat qrupunun üzvləri Elçin Salahov, Tofiq Hüseyinov, İlyas Mustafayev, Əhliman Allahverdiyev və digərləri çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb.
Natiqlər əminliklə bildiriblər ki, qarşıdan gələn çox mühüm siyasi kampaniya olan prezident seçkilərində Kəlbəcər seçiciləri fəal iştirak edəcək və suveren Azərbaycanın firavan gələcəyinə, qalib Lider İlham Əliyevə səs verəcəklər.
Görüşlərdə çıxış edən seçicilərdə də vurğulayıblar ki, daha yeni zəfərlər naminə YAP-ın namizədi cənab İlham Əliyevə böyük sevinc və qürur hissi ilə səs verəcəyik.
Bütün görüşlər Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.