Xəbərlər
Yardımlı rayonunda seçicilərlə görüş...
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 3-də Yardımlı rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov və təşviqat qrupunun üzvü Eldəniz Heydərov çıxış ediblər. Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.