YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gücümüzün mənbəyi – xalq-iqtidar birliyi!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Kürdəmir rayonunun Çöl-Ərəb, Muradxan və Sor-Sor  kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşdə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpa olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov,  təşviqat qrupunun üzvləri Vasif Məmmədov, Dürriyə Seyidova, Nizam İsmayılov, şəhid anası Simuzər Bağıyeva çıxış ediblər. Çıxış edənlər Prezident İlham Əliyevin Azərbaycan xalqının birliyi, həmrəyliyi, xoşbəxt gələcəyi naminə həyata keçirdiyi səmərəli daxili və xarici siyasəti dəstəklədiklərini bildiriblər. Xalq prezident seçkilərində cənab İlham Əliyevə səs verməklə inkişafı, tərəqqini, güclü və müasir Azərbaycanı seçmiş olacaq.

Seçicilər fevralın 7-də qələbələrimizin qarantı cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.