Xəbərlər
Yeni hədəflərə cənab İlham Əliyevin liderliyi ilə nail olacağıq
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində fevralın 1-də Qobustanda rayonunun Qurbançı, Ərəbşahverdi və Qaracüzlü kənd seçiciləri ilə görüşlər keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, partiyanın Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.
44 günlük müharibədə qazanılan Qələbə ilə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıblar.
Natiqlər seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.