YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gələcək hədəflərin reallaşması zərurətdir

Qəbələ rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qəbələ rayonu Nic qəsəbəsində və Mirzəbəyli kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov, təşviqat qrupunun üzvləri Reyhan Məmmədova, Elsevər Orucov və Tahir Hacıyev çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirməsi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu müddətdə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi-iqtisadi imkanları genişləndirilib, müasir ordu yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və ölkəmizin parlaq gələcəyinin təminatçısı olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində rayonun Uludaş kəndində də seçicilərlə görüş keçirilib.