YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağdan inkişaf yolu

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Əlbətdə ki, son illərin qüruruverici hadisələrindən biri azadlığına qovuşmuş torpaqlarımızın beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilməsidir. 40 il bundan öncə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü iyulun 4-də Xankəndidə keçirildi.

Prezident İlham Əliyevin 2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə çıxış edərkən qeyd etmişdir ki, Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmamışdır. Dəfələrlə Ermənistana və onun arxasında duran dövlətlərə bildirirdik ki, əgər Ermənistan işğal edilmiş torpaqlardan öz xoşu ilə çıxmasa, biz öz ərazi bütövlüyümüzü hərbi yolla bərpa edəcəyik. Əfsuslar olsun ki, Ermənistan və onun havadarları bizim bu xəbərdarlığımızı ciddi qəbul etməyiblər. Nəticədə peşman olublar.

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu.

Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. Prezident İlham Əliyevin Xankəndidəki çıxışı və ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın güclənən mövqeyini, iqtisadi və diplomatik fəallığını, həmçinin tarixi ədalətin bərpası istiqamətində atdığı ardıcıl addımları bir daha nümayiş etdirdi. Qarabağ bu gün sülhün, bərpanın və beynəlxalq əməkdaşlığın yeni simvoluna çevrilməkdədir.

Zirvə görüşünün başqa mühüm məqamı Azərbaycanın regional təşəbbüsləri və enerji layihələri ilə bağlı idi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir, mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir və tranzit potensialını getdikcə artırır. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri region ölkələrinin iqtisadi əlaqələrinin genişlənməsi baxımından strateji önəm daşıyır.

Əminliklə qeyd edə bilərik ki, ECO-nun Zirvə görüşü Azərbaycanın regional inteqrasiya proseslərində fəal iştirakını daha da gücləndirməklə yanaşı, ölkəmizin beynəlxalq miqyasda diplomatik və iqtisadi mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verəcək.