YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik inkişafı təmin edən Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 30-da Tərtər rayonunun Ələsgərli və Yenikənd  kəndindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, təşviqat qrupunun üzvləri Mehman Babayev, Emin Quliyev, Nəcmiyyə Zeynalzadə çıxış ediblər. 

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev prezident  seçildiyi ilk gündən etibarən bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmış, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başlamışdır. Son 20 il ərzində Azərbaycan böyük, eyni zamanda, uğurlu yol qət etmişdir.  Bu illər ərzində aparılan ardıcıl və davamlı islahatların müsbət nəticələri özünü bütün sahələrdə göstərir.

Natiqlər seçiciləri dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan-uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər də fevralın 7-də Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

DİGƏR Xəbərlər Arxiv