YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalq ölkəmizin suverenliyini bərpa edən Lideri dəstəkləyir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-da Daşkəsən rayonunda şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları ilə görüş keçirilib.

Görüşlərdə təşviqat qrupunun üzvləri Cavanşir Qocayev, Elşən Alıyev, şəhid anası Qızbəs Abbasova, şəhid atası İlham Cabbarov və başqaları çıxış ediblər.

 Çıxış edən natiqlər son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə edilən uğurları diqqətə çatdırıb. Bildirilib ki, xalq artıq öz seçimini edib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu ərazilərdə gecə-gündüz quruculuq və bərpa işləri gedir. Dağıdılan kəndlər, viran edilən şəhərlər, yandırılan məscidlər ən müasir qaydada təmir edilir və keçmiş məcburi köçkünlər öz tarixi torpaqlarına qayıdır.

 Görüş zamanı çıxış edən şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları fevralın 7-də ölkəmizin suverenliyini bərpa edən qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.