Xəbərlər
“Qalib xalq öz qalib Lideri İlham Əliyevə səs verəcək”
Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də YAP Nərimanov rayon təşkilatında seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, təşviqat qrupunun üzvləri Ruslan Nəcəfov, Vəfa Həziyeva, Nizami Babaşov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin müəllifliyi ilə yazılan inkişaf salnaməsi möhtəşəm nailiyyətlərlə, zəfərlərlə zəngindir. Bu gün müstəqil Azərbaycan çoxəsrlik dövlətçilik tarixinin ən qüdrətli dövrünü yaşayır. Şübhə yoxdur ki, Azərbaycanı gələcəkdə də parlaq günlər gözləyir.
Təşviqat qrupunun üzvləri seçiciləri parlaq gələcəyin təminatçısı cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.
Sonda əminliklə qeyd olunub ki, qalib xalq öz qalib Lideri İlham Əliyevə səs verəcək.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri Nərimanov rayonunun Təbriz küçəsində seçicilərlə məhəlli görüşlər də keçiriblər.