YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə müsabiqə keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının tərəfindən şagirdlər arasında ümumrayon müsabiqəsi keçirilib.

İnşa yazı, bədii qiraət, mahnı və rəsm nominasiyaları üzrə təşkil olunan müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov və digərləri iştirakçıları salamlayaraq müsabiqə qaliblərini təbrik edib, müsabiqənin əhəmiyyətindən bəhs edilər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi Azərbaycan dövlətçiliyinin əsas dayaqlarından biridir və bu gün də öz aktuallığını qoruyub saxlayır. Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası müasir müstəqil Azərbaycanın möhkəmlənməsi və tərəqqisində mühüm rol oynayıb, bu irsin gənc nəsil tərəfindən öyrənilməsi və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir.

Bildirilib ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan regionda mühüm mövqeyə sahib olmuş, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilib. Qeyd olunub ki, bu Zəfər Heydər Əliyev ideyalarının real nəticələrə çevrildiyini bir daha təsdiqləyir.

Sonda müsabiqə qaliblərinə Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı tərəfindən diplom və hədiyyələr təqdim olunub.