Xəbərlər
Xalqın ümidlərini doğruldan Lider
Füzuli rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Füzuli rayonunun 1 və 2 nömrəli Qayıdış qəsəbələrindən, eləcə də Qarabağ kəndindən olan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, təşviqat qrupunun üzvləri Qalib Qarayev, şəhid anası Tamella Məmmədova çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, xalqımız xoşbəxtdir ki, suveren və müstəqil Azərbaycanımız Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyev bundan sonra da ölkəmizi zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaq.
Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək səsvermə prosesində fəal iştirak etməyə, qalib xalqın qalib Liderinə səs verməyə çağırıblar.
Seçicilər isə prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini vurğulayıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, həmin gün YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva seçicilərlə məhəlli görüşlər də keçirib.