YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycana böyük uğurlar qazandıran Lider!

Ağdaş rayonunun Aşağı Zeynəddin və Qolqəti kəndlərində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ağdaş rayonunun Aşağı Zeynəddin və Qolqəti kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov və təşviqat qrupunun üzvləri Azadə Kərimova, Qalib Həsənov çıxış ediblər. Çıxışlarda qeyd edilib ki, Prezident İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz davamlı olaraq inkişaf edib, regionların sosial-iqtisadi inkişafı yüksək səviyyədə təmin edilib, müasir standartlara cavab verən təhsil, səhiyyə, idman infrastrukturu yaradılıb. Həyata keçirilmiş düşünülmüş siyasət nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad edilib, suverenliyimiz bərpa edilib. Hazırda “Böyük Qayıdış” proqramının uğurla icra edilməsi haqqında seçicilərə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, 7 fevral prezident seçkiləri ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı olacaq və Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə iştirak edir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər də bildiriblər ki, 7 fevral prezident seçkiləri günü seçki məntəqələrinə gedərək yekdilliklə qalib Liderə səs verəcəklər.

DİGƏR Xəbərlər Arxiv