Xəbərlər
Azərbaycanı regionun lider dövlətinə çevirən Prezident
Astaralı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Astara rayonu Səməd Vurğun küçəsində, eləcə də Şüvi kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Astara rayon təşkilatının sədri Həbib Cəfərov, təşviqat qrupunun üzvləri Vüqar Abbasov, Muxtar Şiriyev, Əvəz Cümşüdov, Adil Rzayev çıxış ediblər. Natiqlər seçiciləri seçkilərdə aktiv olmağı və xalqımızı qalib xalqa, Azərbaycanı Qafqazın lider dövlətinə çevirən cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də çıxışlarında diqqətə çatdırıblar ki, ərazi bütövlüyü və suverenliyi təmin olunan Azərbaycanın məğrur, yenilməz xalqının hər bir nümayəndəsi kimi astaralılar da 7 fevralda hamılıqla cənab İlham Əliyevə səs verəcəklər.