Xəbərlər
Qalib xalqın dəyişməz seçimi Qalib Liderdir!
Sabirabad rayonunun Qaratuğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı və Ətçələr kəndlərindən olan seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Sabirabad rayonunun Qaratuğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı və Ətçələr kəndlərindən olan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Müstəcəb Salmanov, Ərzuman Babaşov, Rəşad Qurbanov, Tursun Əzizov, Telman Qurbanov, Faiq Hüseynov və Nicat Əliyev çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, qalib Lider İlham Əliyev Zəfər seçkilərinə möhtəşəm nailiyyətlərlə, tariximizin ən qürurverici hadisələrinin müəllifi kimi gedir. Azərbaycan xalqının da seçimi və iradəsi məhz ötən 20 ilin reallıqlarına, qürur doğuran uğurlarına əsaslanacaq.
Daha sonra natiqlər seçiciləri 7 fevral prezident seçkilərində və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Öz növbəsində seçicilər də YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderimizə səs verəcəklərini bəyan ediblər.