YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cənab İlham Əliyev ən layiqli namizəddir!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Saatlı rayonunun Çolpı, Nabatkənd, Mircəlal və Soltanabad kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Elşən Əzizov, Səmədağa Məmmədov, Vüsalə Həsrətova və Nuhəli Kərimov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir.

Seçicilər 7 fevral prezident seçkilərində fəal iştirak edəcəklərini və cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.