YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqın seçimi 20 ilin reallıqlarına əsaslanacaq

Qobustan rayonunun Təklə, Çuxanlı, Ərəbşalbaş və Təklə Mirzəbaba kəndlərinin seçicilərilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Qobustan rayonunun Təklə, Çuxanlı, Ərəbşalbaş və Təklə Mirzəbaba kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü Xeyrəddin Qoca çıxış ediblər. Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər  Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.  Qeyd olunub ki, müstəqilliyimizin bərpasından sonra ilk dəfədir ki, seçkilər torpaqlarımızın tam azadlığı şəraitində baş tutacaq. Ona görə bu seçki də Zəfər seçkisi və ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti kimi tarixə düşəcək.

Dövlətimizin qazandığı Zəfərlə regionda yeni reallıqların yarandığını deyən natiqlər Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacağını vurğulayıb, seçiciləri fevralın 7-də müstəqil Azərbaycanın firavanlığı naminə qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər.

Seçicilər də diqqətə çatdırıblar ki, prezident seçkilərində xalqımız son 20 ilin tarixi reallıqlarına əsaslanaraq Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyirlər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.